Qarabağ Komitəsinə təxribat cəhdi – Əvəz Zeynallı bəyanat yaydı

“Xural” qəzetinin baş redaktoru, Qarabağ Komitəsinin üzvü Əvəz Zeynallı son günlər onun və bəzi Qarabağ Komitəsi üzvlərinin saxta profillərini yaradıb bəzi onlayn verilişlərdə təxribatçı yazı-çağırış edənlərlə bağlı özünün facebook səhifəsində bəyanat yayıb. Bəyanatda deyilir:

 

“Son günlər bəzi onlayn televiziya verilişlərində Qarabağ Komitəsinin bir neçə üzvünün, o cümlədən mənim adımdan yalançı səhifələr açıb müəyyən yazı-çağırış paylaşanlar var. Hər kəsə ehtiramla bəyan edirəm ki, mən adətən heç bir verilişə şərh yazmıram. İndiki məqamda bir neçə insanın adından şərh yazıb çağırış edənlər dəqiq təxribat düşüncəsindədirlər. Güman edirəm ki, bu təxribatın arxasında iqtidar və onun saraydaxili qruplaşmalarının izi var. Onlar İsgəndər Həmidovun, Pənah Hüseynin, Tural Abbaslının, İqbal Ağazadənin, mənim və digər dostlarımızın adından səhifələr açıb, nəsə özlərinin ağlınca iş qururlar. Hər kəsin dilindən nəsə quraşdırmağa çalışır, 24 noyabr mitinqi ilə bağlı çağırış edib, rəy yaratmağa çalışırlar.
Bilinsin ki, həmin insanların yerinə səhifə açanlar saxtakarlıqla məşğuldurlar və bu gün olmasa da sabah qanunun pəncəsində çırpına-çırpına cavab verəcəklər. Ayrıca, o da bilinsin ki, Qarabağ Komitəsinin 24 noyabrda mitinq keçirmək tələbinə Bakı şəhər icra hakimiyyəti rədd cavabı verib və biz bu qərardan məhkəməyə şikayət etmişik. Məhkəmə Bakı şəhər icra hakimiyyətinin qərarını pozub bizə mitinq icazəsi verməsə, Qarabağ Komitəsi mitinq keçirməyəcək. Yəni təxribat törətmək fikrində olanlar bu məqamları bilsinlər və xüsusi narahat olmasınlar. Baş tutmayacaq bu təxribat!”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button