
Qarabağ Komitəsi Şəhidlər Xiyabanını ziyarət edəcək
Qarabağ Komitəsinin iclasında Füzuli və Cəbrayılın işğal günü ilə bağlı keçiriləcək tədbirlərə dair qərar qəbul edilib. Komitə üzvləri Akif Heydərli, Razim Əmiraslanlı, Akif Nağı, Tural Abbaslı, Vaqif Əlisoy, Əvəz Zeynallı, Sahib Musayev, Şakir Abbas, Təranə Səfərsoy, İlqar Əli, Valeh Qaramanlı və digərləri çıxış edərək təkliflərini veriblər. Qəbul olunmuş qərarda avqustun 23-də Şəhidlər Xiyabanının ziyarət olunması və digər tədbirlər nəzərdə tutulur. Komitənin mətbuat xidmətindən xural.org-a verilən məlumata görə, Komitə üzvü Əvəz Zeynallı mətbuat üçün açıqlamasında bildirib: “Həmin gün Şəhidlər Xiyabanının kütləvi ziyarət olunması hər kəsin borcudur. Hər bir siyasi, ictimai qurum, hüquq müdafiəçiləri, hər bir vətəndaş bu ziyarətdə fəal iştirak etməlidir.”




