“Qarabağ” Avropa Liqasında mübarizəyə məğlubiyyətlə başlayıb

Yayımlandı: 9 Sentyabr 2022 01:08

Azərbaycan komandası səfərdə “Frayburq”la qarşılaşıb

“Qarabağ” klubu sentyabrın 8-də UEFA Avropa Liqasının qrup mərhələsində ilk turun oyununu keçirib.

Avropa Liqasının G qrupunda yer alan Ağdam komandası Almaniya təmsilçisi “Frayburq” ilə səfərdə üz-üzə gəlib. Almaniya Bundesliqasında yeni mövsümdə 5 turdan sonra turnir cədvəlinin lideri olan “Frayburq”la qarşılaşma “Qarabağ”ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. “Köhlən atlar”ın heyətində yeganə qolu Marko Veşoviç vurub.

Qrupun digər oyunu Fransada keçirilib. Yunanıstanın “Olimpiakos” klubu səfərdə “Nant”ın qonağı olub. Bu oyunda qələbəyə sevinən Fransa təmsilçisi olub – 2:1.

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində növbəti oyununu sentyabrın 15-də Bakıda “Nant”a qarşı keçirəcək. Oyun saat 20:45-də başlayacaq.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button