“Qarabağ” Avropa Liqasında ilk qələbəsini qazanıb

Yayımlandı: 7 Noyabr 2024 23:41

Azərbaycan klubu Norveçdə “Bodo Qlimt”ə qalib gəlib

“Qarabağ” noyabrın 7-də UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində səfərdə Norveçin “Bodo Qlimt” klubu ilə qarşılaşıb.

Bodo şəhərindəki “Aspmira” stadionunda keçirilən oyun saat 21:45-də başlayıb.

Foto: “Qarabağ”ın sosial media hesabı

“Qarabağ” “Bodo Qlimt”lə oyuna kimi keçirdiyi bütün matçlarda məğlub olmuşdu. “Köhlən atlar” Avropa Liqasının ilk üç turunda “Tottenhem”ə (İngiltərə) 0:3, “Malmö”yə (İsveç) 1:2, “Ayaks”a (Niderland) 0:3 hesabı ilə uduzmuşdu.

Azərbaycan çempionu “Bodo Qlimt”lə qarşılaşmada qələbə qazanıb. Norveç təmsilçisini 2:1 hesabı ilə məğlub edən “Qarabağ” bununla da, Avropa Liqasının Liqa mərhələsində ilk qələbəsinə sevinib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button