'Qənirə Paşayevanın vəziyyəti çox ağırdır' – həkimdən açıqlama

Qənirə Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub.

Bu barədə TƏBİB rəsmisi Zamirə Ədilova yerli mətbuata açıqlama verib:

“Q.Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Müayinə zamanı göstəriciləri – arterial təzyiq 50/0 mm. c. süt, nəbz 1 dəqiqə 47 vurğu, SPO2 (saturasiya) 82% olub. İlkin müdaxilələrdən sonra göstəriciləri arterial təzyiq 110/60 mm. c.süt., nəbz 1 dəqiqədə 68 vurğu, SPO2 (saturasiya) 97% olub.”

+++

Deputat Qənirə Paşayevanın dünən gecədən komaya düşdüyü və Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildiyi bildirilir.

Bu barədə Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev açıqlama verib:

“Bizə müraciət edəndə huşu aydın deyil idi. Bütün kliniki göstəriciləri şok klinikası ilə uyğun idi. Xəstə reanimasiya şöbəsinə alındı. Hal-hazırda Qənirə xanımın müalicəsi reanimasiya şöbəsində davam edir.”

Kamran Musayevin sözlərinə görə, deputat süni nəfəs aparatına qoşulub.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button