Pənah Hüseyn Əli Nağıyevə sərt cavab verdi: “…cəfəng yalan danışır”

Bu günlərdə keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev müsahibə verib və həmin müsahibədə yenicə azadlığa çıxan keçmiş səhiyyə naziri Əli İnsanovu dəstəkləyib. Əli Nağıyev müsahibəsində AXC dövründə baş verən hadisələrə münasibət bildirib və deyib: “…Əli İnsanov Heydər Əliyevi açıq dəstəklədiyinə görə 1992-ci ildə direktor işlədiyi Azərbaycan Elmi-Tədqiqat Vərəm İnstitutunun qazanxanası Xalq Cəbhəsi hakimiyyəti tərəfindən partladılmışdı. Buna görə İnstitut bir neçə gün soyuqda qaldı.” Əli Nağıyevin bu açıqlamasına münasibət özünü gözlətməyib və AXC hökumətinin baş naziri Pənah Hüseyn özünün facebook səhifəsində Əli Nağıyevə sərt cavab verib. Əli İnsanov haqqında da fikir bildirən və ona bəzi tövsiyələr edən Pənah Hüseynin statusunu xural.org təqdim edir:

“Əli İnsanovun Heydər Əliyevi açıq dəstəklədiyinə görə, 1992-ci ildə direktor işlədiyi Azərbaycan Elmi-Tədqiqat Vərəm İnstitutunun qazanxanasının Xalq Cəbhəsi hakimiyyəti tərəfindən partladılmısı və buna görə İnstitutun bir neçə gün soyuqda qaldığı haqqında YAP təsisçilərindən biri, sabiq nazir Əli Nağıyevin açıqlaması cəfəng yalandır və Xalq Cəbhəsi hakimiyyətinə qarşı böhtandır. Ümumiyətlə, hər kəsin istənilən hadisədən danışmaq hüququnu qəbul edərək mən Əli İnsanov tərəfdarlarına, o cümlədən Əli İnsanova Xalq Cəbhəsi hakimiyyəti ilə münasibətlərinin təftişinə girməməyi tövsiyə edərdim. Həm də ona görə ki, həmin münasibətlər həqiqətən birmənalı olmamışdır və bunun indi xatırladılması və təftişi hesab etmirəm ki, onların xeyrinə olar.”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button