Britaniya kəşfiyyatından ŞOK AÇIQLAMA:”Putinin Ukraynada edam planlarının olduğunu bilirdik”

Riçard Mur sosial şəbəkə vasitəsilə yaydığı açıqlamasında vurğulayıb: “Biz bilirdik ki, Putin Ukraynaya müdaxilə planına öz hərbçilərinin və kəşfiyyat xidmətinin orada məhkəməsiz edamlar həyata keçirməsini də daxil edib. Hazırda Ukraynanın azad olunmuş yaşayış məntəqələrində dinc sakinlərin edam edildiyini təsdiqləyən dəhşətli xəbərlər adamın qanını dondurur”.

Xatırladaq ki, 2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edən Rusiya 2022-ci il fevralın 21-də bu ölkəyə qarşı yeni təcavüzə başlayıb, fevralın 24-dən isə orada total müharibə aparır.

Ukrayna xalqının və ordusunun güclü müqaviməti ilə üzləşmiş rus qoşunları martın sonlarında bəzi məntəqələrdən, o cümlədən paytaxt Kiyev ətrafından geri çəkilmək məcburiyyətində qalıb. Azad edilən yaşayış məntəqələrində rusların dinc ukraynalıları kütləvi şəkildə qətlə yetirdiyi bəlli olub, kütləvi məzarlıqlar aşkar edilib.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button