
Putin: Rusiya Strateji Hücum Silahlarımüqaviləsində iştirakını dayandırır
Rusiya strateji hücum silahları müqaviləsində iştirakını dayandırır. Bu barədə Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.
Müdafiə Nazirliyi və Rosatom Rusiyanın nüvə silahı sınaqlarına hazırlığı təmin etməlidir, lakin Moskva bunu ilk etməyəcək. “Əgər Birləşmiş Ştatlar sınaqdan keçirsə, biz bunu edəcəyik. Heç kimdə qlobal strateji paritetin məhv ediləcəyi ilə bağlı təhlükəli illüziyalar olmamalıdır”, – Putin bildirib.



