Putin Paşinyanla Qarabağdakı vəziyyəti müzakirə edib

Yayımlandı: 7 Aprel 2023 15:11

Regional nəqliyyat infrastrukturu blokunun açılması da müzakirənin mövzusu olub

Aprelin 7-də Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.

Telefon danışığı zamanı Azərbaycanın Laçın dəhlizini qanunsuz blokadaya alması ilə əlaqədar Dağlıq Qarabağda davam edən humanitar böhran müzakirə olunub. Baş nazir Dağlıq Qarabağdakı böhranın aradan qaldırılması kontekstində Rusiyanın sülhməramlı missiyasının ardıcıl addımlarının vacibliyini vurğulayıb”, – deyə məlumatda qeyd olunub.

Mətndə həmçinin göstərilir ki, Paşinyan və Putin Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələlərini müzakirə ediblər:

“Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlarının icrası, o cümlədən regional nəqliyyat infrastrukturu blokunun açılması ilə bağlı məsələlər də danışılıb”.

“Tərəflər həmçinin Ermənistan-Rusiya münasibətlərinə dair məsələləri də müzakirə ediblər”, – deyə məlumatda bildililir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button