Putin Mişustinlə bağlı Dumaya təqdimat göndərib

Yayımlandı: 10 May 2024 15:28

O, Mixail Mişustinin yenidən Baş nazir təyin olunmasını istəyir

Rusiya Prezidenti Vladimir Putin Mixail Mişustinin yenidən Baş nazir vəzifəsinə təyin olunması ilə bağlı Dövlət Dumasına təqdimat göndərib.

Bu barədə mayın 10-da Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, M.Mişustinlə bağlı səsvermə bu gün keçiriləcək:

Mişustin Baş nazir kimi təsdiqləndikdən sonra bir həftə ərzində nazirlər və Baş nazirin müavinləri vəzifələrinə namizədlərini prezidentə təqdim edəcək”.

Mixail Mişustin mayın 7-də, Vladimir Putin prezident kimi fəaliyyətə başladıqdan sonra hökumət başçısı vəzifəsindən rəsmən istefa verib.

58 yaşlı Mişustin 2020-ci ilin yanvarından Baş nazir vəzifəsini icra edir.

Martın 15-17-də Rusiyada Prezident seçkiləri keçirilib.

Rusiyanın Mərkəzi Seçki Komissiyası (MSK) hazırkı Prezident Vladimir Putinin 86,5 faiz səs topladığı haqda məlumat yayıb.

Rusiyada sonuncu dəfə Prezident seçkiləri 2018-ci ilin martında keçirilib.

Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırkı Prezident Vladimir Putin həmin seçkilərdə 76,69 faiz səs toplayıb.

2000-ci ildən 2008-ci ilə qədər prezidentlik müddətini nəzərə aldıqda Vladimir Putin dördüncü dəfə Rusiyanın Prezidenti seçilib.

2008-2012-ci illərdə Rusiyanın Prezidenti Dmitri Medvedyev olub.

O, hazırda Təhlükəsizlik Şurasının sədridir. 

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button