Putin danışdı: “Baş verənlər vəziyyətin sakitləşmədiyindən xəbər verir” – YENİLƏNİB

Rusiya prezidenti Putin nəhayət danışdı: “Ermənistanla Azərbaycan sərhədində baş verənlər vəziyyətin sakitləşmədiyindən xəbər verir”. “Şübhəsiz ki, Azərbaycan və Ermənistan arasında mübahisələrin həlli istiqamətində səylərin davam etdirilməsində Rusiya diplomatiyasının rolu artır”, – Rusiya lideri vurğulayıb.

Xural.com rus mətbuatına istinadən xəbər verir ki, bu barədə cümə axşamı Rusiya dövlətinin başçısı Vladimir Putin Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasındakı çıxışında deyib. O, Ermənistan-Azərbaycan sərhədində baş verən son atışmalara toxunaraq deyib ki, bu regionda vəziyyət hələ də sabit deyil.

Rusiya prezidenti Vladimir Putin onu da deyib ki, vəziyyət tamamilə sakitləşib, belə bir şəraitdə gələcəkdə sabitliyin nizamlanması üçün Rusiya diplomatiyasının rolu artmaq üzrədir. O xatırladıb ki, bir il əvvəl Rusiyanın fəal vasitəçilik səyləri sayəsində Dağlıq Qarabağda münaqişə dayandırılıb:
“Lakin Ermənistan-Azərbaycan sərhədində baş verən son atışmalar göstərdi ki, bu regionda vəziyyət hələ tam sakitləşməyib. Sabitliyi təmin etmək üçün atəşkəs və mülki əhalinin təhlükəsizliyinin təminatçısı kimi Rusiya sülhməramlı kontingentinin səylərinə böyük tələbat var”.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button