Putin: ABŞ başa düşməlidir ki, Rusiyanın geri çəkiləcək yeri yoxdur

Rusiya prezidenti Vladimir Putin Avropada gərginliyin artmasında ABŞ-ı günahlandırıb.
ABŞ Ukraynadakı planını nəzərə alaraq başa düşməlidir ki, Rusiyanın geri çəkiləcək yeri yoxdur. RİA Novosti-nin məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı Müdafiə Nazirliyinin kollegiyasının geniş iclasında deyib.
“Onların indi Ukrayna ərazisində etdikləri, yaxud etməyə çalışdıqları və ya etməyi planlaşdırdıqları milli sərhədimizdən min kilometr uzaqlıqda deyil, evimizin astanasındadır. Onlar başa düşməlidirlər ki, bizim geri çəkilməyə sadəcə olaraq heç bir yerimiz yoxdur.” – deyə Putin bildirib.
Rusiya prezidenti ABŞ-ı Avropada gərginliyin artmasında günahlandırıb və qeyd edib ki, indi “biz nəyəsə qərar verməliyik”.
Putin xəbərdarlıq edib ki, “Qərb həmkarlarımızın açıq-aşkar aqressiv xətti davam edərsə, biz adekvat cavab hərbi-texniki tədbirlər görəcəyik və qeyri-dost addımlara sərt reaksiya verəcəyik”.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi NATO və ABŞ ilə saziş layihələrini dərc edib. Sənədlər, xüsusən, alyansın şərqə doğru daha da genişlənməsini və keçmiş SSRİ ölkələrinin ona daxil olmasını istisna edir. Layihə həm də alyansın Ukrayna, Şərqi Avropa, Zaqafqaziya və Mərkəzi Asiyada istənilən hərbi fəaliyyətindən imtina etməyi nəzərdə tutur.

Xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button