“Pulu istəyəndə polislər dedilər ki, avtomobildə pul olmayıb”

Ziya Məmmədovun qardaşı oğlu məhkəmədə zərərçəkən kimi ifadə verdi

Sabiq deputatın oğlunun şikayəti əsasında tutulan idmançının məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəməsi davam edib. Bizimyol.info xəbər verir ki, o, dələduzluqda təqsirləndirilir. Bu iş üzrə zərərçəkmiş isə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur. E.Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 100 min manat pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib. R. Heybətov saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilib və 5 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. Hazırda azadlıqdadır. İstintaqın sonynda R.Heybətova 210 min manat mənimsəmə ittihamı verilib.

Hakim Azər Paşayevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən idmançı özünü təqsirli bilməyib.

Zərərçəkmiş şəxs qismində ifadə verən Elnur Məmmədov Rövşən Heybətovu 10 ildir tanıdığını, yaxşı münasibətləri olduğunu deyib: ” 2015-ci ildə idman maşınımı 125 min manata satdım, Almaniyadan yeni maşın almaq istəyirdim. Rövşən isə dedi ki, gəl o pula iş quraq, ordan gələn pulla daha yaxşı maşın alarıq. Mən də razılaşdım. Rövşənə həmişə dəstək olmuşam. Ona etibar elədim, nə problemi olub, kömək etmişəm. 210 min dollar vəsait lazım idi. Getdim ağsaqqalımla, yəni atamla tanış elədim. Atamla Rövşən söhbət elədi. Orda da atam buna dedi ki, pulu götürsən, nə olsa, cavabdeh sənsən. Rövşən də razılaşdı. Atam da xeyir-dua verdi. 100 min dollarım qalmışdı. Sonra bankdan 1 aylıq 100 min pul götürdüm. Rövşənlə görüşdük. Özünə dedim ki, elə olsun, pul batmasın”.
Elnur Məmmədovun sözlərinə görə, Rövşən həmin pulalrı özü ilə Türkiyəyə aparıb, ardınca isə Elnir Məmmədov uçub. “Yolda mənə video atdı ki, maşın icarəyə götürüb, dedim ki, ehtiyatlı ol. Sonra Rövşənin özü ilə apardığı uşaqlar dedilər ki, Rövşən qəza törədib. Zəng elədim, dedi ki,boynum qırılıb. Xəstəxanaya gedəndə isə gördüm sağlamdı, lakin özünü başqa cür aparır. Suallara da qəribə cavablar verirdi. Pulun harda olduğunu soruşanda dedi ki, pulu maşında aparıblar. Polisə getdik, ifadəsini aldılar, pulu istəyəndə isə polislər dedilər ki, avtomobildə pul olmayıb”.

Zərərçəkən qeyd edir ki, sonradan aldandığını başa düşüb, və Rövşənlə aralarında dava olub. “Bakıya qayıtdıqdan sonra atamla danışdı və dedi ki, evini bizim adımıza keçirəcək. Amma sonra onu da etməyərək, ölkəni tərk elədi. 10 gündən bir danışa bilirdik. Bir dəfə 20 min dollar, 5 min dollar göndərdi. Sonra bu da kəsildi. Ümumilikdə, iki il ərzində 144 min dollar pul verib” – deyə E.Məmmədov bildirib.
Proses fevralın 2-də davam edəcək.

Xatırladaq ki, Elnur Məmmədov “Best of the Best” promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.(bizimyol.info)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button