Prokurorluq və FHN: “Sədərək” qəsdən yandırılıb, bir nəfər tutulub

Yayımlandı: 10 Yanvar 2023 20:57

Ərazidə 27 mağazanın yandığı bildirilir

Prokurorluq və Fövqəladə Hallar Nazirliyi araşdırmalardan sonra belə nəticəyə gəlib ki, yanvarın 8-də axşam saat 18 radələrində “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın qəsdən törədilib. Bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi birgə məlumat yayıb.

“İlkin araşdırma zamanı ticarət mərkəzinin 15-16-cı sıralarında ümumilikdə 800 kvadratmetr sahədə yerləşən 27 mağazanın Bakı sakini Əfqan Abdullayev tərəfindən qəsdən yandırılmasına əsaslı şübhələr müəyyən edilib”, – məlumatda deyilir.

Foto: Meydan TV

Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq İdarəsində Cinayət Məcəlləsinin 186.2.1 (külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələrilə cinayət işi başlanıb.

Əfqan Abdullayev şübhəli şəxs qismində tutulub. Onun özü və ya yaxınlarının ticarət mərkəzini qəsdən yandırması haqda deyilənlərə münasibəti məlum deyil.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button