Prokurorluq Şuşada iki nəfərin minaya düşərək həlak olması ilə bağlı məlumat yayıb

Baş Prokurorluq Şuşanın Daşaltı kəndində iki nəfərin minaya düşərək həlak olması ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir:

“Dekabrın 9-u Şuşa rayonu ərazisində 2 nəfər mülki şəxsin minaya düşməsi nəticəsində həlak olmaları barədə rayon prokurorluğuna məlumat daxil olub. Hazırda faktla bağlı araşdırma aparılmaqla prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq hərəkətləri həyata keçirilir. İctimaiyyətə əlavə məlumat veriləcək”.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button