
Prokurorluq Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğramasının səbəbini açıqladı
Respublika Baş prokurorunun birinci müavini Elçin Məmmədovun sözlərinə görə, qara qutunun tədqiqi qəzanın səbəbinin pilotların buraxdığı kobud səhvlər olduğunu göstərib.
Bu il noyabrın 30-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 helikopterinin qəzaya uğramasına səbəb hava nəqliyyatı vasitəsinin idarəetməsində nasazlıq olub. Bu barədə bazar ertəsi keçirilən brifinqdə respublika Baş prokurorunun birinci müavini Elçin Məmmədov məlumat verib.
“Helikopterin qara qutusunun tədqiqi göstərdi ki, qəzaya səbəb pilotların helikopteri idarə edərkən buraxdıqları kobud səhvlər olub”, – deyə baş prokurorun müavini bildirib. Onun sözlərinə görə, ekipaj helikopteri endirərkən istismar qaydalarını pozub, küləyin istiqamətini və sürətini nəzərə almayıb.
“Ekspertiza rəyində də helikopterdə texniki nasazlığın olmadığı göstərilir”, – deyə Məmmədov əlavə edib.
Qeyd edək ki, noyabrın 30-da Azərbaycan Dövlət Yanğından Mühafizə Xidmətinin helikopteri Bakı yaxınlığındakı Qaraheybət aerodromunda təlim uçuşları zamanı qəzaya uğrayıb. Nəticədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin 14 zabiti şəhid olub, iki nəfər isə yaralanıb.
mənbə



