
Prezident Sarkisyan: Türkiyə və Azərbaycan sistemli şəkildə erməni irsini məhv ediblər –
Erməni mətbuatı yazır ki, Prezident Armen Sarkisyan rəsmi Bakının Dağlıq Qarabağdakı məscidlərin dağıdılması ilə bağlı ittihamlarını əsassız adlandırıb.
Ermənistan prezidenti Armen Sarkisyan “Asia Times” qəzetinə müsahibəsində bildirib ki, Qarabağ münaqişəsinin dini məzmunu yoxdur. Müxbir İrəvanın Ankara və Bakının Dağlıq Qarabağda radikal islamçılardan istifadə etməsi ilə bağlı bəyanatlarının İslam dünyası ilə münasibətləri pisləşdirib-pisləşdirməyəyi ilə maraqlanıb.
Sarkisyan əminliklə deyib ki, bunlar müxtəlif məsələ və hadisələrdir. Ermənistan rəsmilərinin ağzından çıxan “islamçı terrorçular” ifadəsi reallığı əks etdirir.
Qarabağ münaqişəsinə gəlincə, burada heç vaxt dini elementlər olmayıb. Prezident həmçinin Azərbaycanın Ermənistanın Qarabağ ərazisində 70 məscidi dağıtması ilə bağlı ittihamlarını əsassız adlandırıb.
“Birincisi, Qarabağda cəmi bir məscid var, çoxlu erməni kilsəsi var. Şuşada xristian və müsəlmanların iştirakı ilə tamamilə başa çatdırılan məscidin bərpasını şəxsən mən müsbət qarşıladım”, -deyib.
Qarabağın xarici işlər naziri kimi təqdim olunan David Babayan isə deyib ki, Azərbaycan erməni abidələrini dağıtmasa da, “albanlaşdırır”…
Prezident bəyan edib ki, Azərbaycan və Türkiyə ermənilərin mədəni və dini irsini sistemli şəkildə məhv ediblər. O, təəssüflə qeyd edib ki, ermənilər artıq keçmiş Osmanlı İmperiyası ərazisində milli və dini abidələrin dağıdılması hallarının aradan qaldırılması üzrə mütəxəssisə çevriliblər. Yüzlərlə kilsə məscidə çevrilib – çoxlu tarixi sübutlar var”.
Sarkisyan, Türkiyə və Azərbaycanın erməni irsinə münasibətini tarix boyu hakimiyyətlərin, rejimlərin və hökumətlərin dəyişdiyi, lakin erməni kilsələrinin dağıdılması ilə bağlı bir dənə də olsun hadisənin yaşanmadığı İranın siyasəti ilə müqayisə edib. Üstəlik, indiki mərhələdə İran hökuməti erməni kilsələrinin bərpasına pul xərcləyir və ümumiyyətlə, iranlılar erməni mədəniyyətinə tolerant yanaşırlar.
“Niyə şikayət edib demirik ki, İran erməni mədəniyyətini məhv edir? Çünki yoxdur. Əslində, İran müsəlman ölkəsi olduğu üçün erməni mədəniyyətini dəstəkləyir, Türkiyə isə İslam respublikası deyil. Hətta Azərbaycanın da belə olduğu açıqlanmır.”
Sonda böhtan atmaqd məharətli olan ermənilərin başçısı əlavə edib ki, Ermənistanın da bir çox müsəlman dövlətləri ilə əla münasibətləri var.



