Prezident İlham Əliyevdən mühüm mesajlar…

prezident-esas-11

Prezident İlham Əliyevə məxsus “twitter” hesabından (@azpresident) Azərbaycan-İran münasibətlərinə dair qısa mesajlar paylaşılıb.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan-İran əlaqələri yüksələn xətlə, uğurla, sürətlə inkişaf edir və strateji əməkdaşlıq səviyyəsinə qalxıb:

“Azərbaycanla İran arasında imzalanmış sənədlərin icrası iki ölkə arasında əlaqələri daha da gücləndirəcək”.

Ölkə başçısı bildirib ki, Azərbaycanla İran Xəzərdə neft-qaz yataqlarının birgə işlənilməsi məsələsini müzakirə etmişlər və bununla bağlı yaxşı nəticələr gözlənilir:

“Xəzər dənizi bundan sonra da əməkdaşlıq, təhlükəsizlik və sülh dənizi olmalıdır”.

“Şimal-Cənub nəqliyyat dəhlizinin istifadəyə verilməsi nəticəsində qitələr gözəl nəqliyyat infrastrukturu ilə birləşdiriləcəkdir” – deyən İ.Əliyev, Azərbaycan və İranın üçtərəfli formatlarda da fəal iştirak etdiklərini və bu formatların coğrafiyasının getdikcə genişlənəcəyini bildirib.

Dövlət başçısı “Azərbaycan və İran sülhün, əmin-amanlığın, əməkdaşlığın təmin olunmasını istəyir və bölgədə sabitləşdirici rol oynayırlar” – deyə qeyd edib.

Prezident bildirib ki, Azərbaycan ABŞ və Rusiya arasında Suriyada müharibənin dayandırılmasına dair razılaşmanı alqışlayır: 

“Suriyada vəziyyəti normallaşdırmaq üçün atəşkəs yaradılmalı, sülh bağlanmalı və Suriya xalqı gələcəyini, taleyini özü müəyyən etməlidir. Bütün ölkələr bir-birinə hörmətlə yanaşmalı, bir-birinin işinə qarışmamalıdır. Bu halda müharibələr dayanacaq, qarşıdurmalar azalacaqdır”.

Musavat.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button