Prezident İlham Əliyev Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul edib-VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkməni qəbul edib.

Xural.com AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə ölkəmizin müstəqillik qazandığı ilk günlərdən Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin çox yaxşı tarixə malik olduğu və hazırda əlaqələrin uğurla inkişaf etdiyi bildirildi. Enerji sahəsində səmərəli əlaqələrə toxunularaq BP şirkətinin Azərbaycanda uzun müddətdir uğurla fəaliyyət göstərdiyi vurğulandı.

Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın önəmi qeyd edildi. Görüşdə əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button