Prezident Əliyev Özbəkistana gedib

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 8-də Özbəkistana səfər edib.

AZƏRTAC-ın xəbərinə görə O, İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı zirvə toplantısında iştirak edəcək.

Toplantı noyabrın 9-da başlayacaq. Orada qurumun fəaliyyətinin səmərəliliyinin artırılması və əməkdaşlıq məsələləri müzakirə edilməlidir.

İqtisadi Əməkdaşlıq Təşkilatını (İƏT) – 1985-ci ildə İran, Pakistan və Türkiyə yaradıb.

Hazırda quruma onlardan başqa Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan daxildir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button