Prezident açılışa getdiyi ərəfədə intihara cəhd etdi, həbs olundu

Yayımlandı: 7 Noyabr 2024 14:39

T.Ələsgərli barəsində cinayət işi açılıb

Noyabrın 7-də səhər saatlarında, Prezident İlham Əliyev Böyükşor-Pirşağı yolunun açılışına getdiyi ərəfədə “Koroğlu” metrostansiyasının yaxınlığındakı körpüyə çıxıb intihara cəhd edən şəxs həbs olunub. 32 yaşlı T.Ələsgərli haqqında bu hərəkətinə görə cinayət işi başlanıb.

Özünü körpüdən atacağını deyən T.Ələsgərli ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları danışıqlar aparıb.

“Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub, davamlı psixoloji söhbət aparılıb. Xilasedicilərin vətəndaşla apardığı psixoloji söhbət nəticəsində intihar etmək niyyətindən çəkinib. O, xilas edilərək aidiyyəti üzrə təhvil verilib”.

Onun xuliqanlıq ittihamı ilə tutulmasını Daxili İşlər Nazirliyi də təsdiqləyib. Nazirliyin mətbuat xidməti iddia edir ki, T.Ələsgərli nəqliyyatın hərəkətinə maneə yaradıb, nəticədə tıxac olub:

“T.Ələsgərli barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə polis idarəsində cinayət işi başlanılıb. Cinayət işi üzrə istintaq hərəkətləri aparılır”.

Noyabrın 7-də səhər saatlarında Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib. Hadisə də həmin vaxtlarda baş verib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button