Polşa prezidenti Bakıda Lukaşenko ilə foto çəkdirməkdən imtina edib

Polşa prezidenti Andjey Duda Bakıda keçirilən COP29 iqlim sammitinin rəsmi ailə fotosunda yer almaqdan imtina edib. Polşanın “Polsat” telekanalının məlumatına görə, buna səbəb Belarus prezidenti Aleksandr Lukaşenkonun da mərasimdə iştirakı olub.

“Üstəlik, bu rəmzi kənara çəkilmə Belarusun Ukrayna hadisələrindəki iştirakı ilə bağlıdır”, – “Polsat” bildirib.

Bir çox Qərb ölkələri liderləri Lukaşenkonu apardığı repressiv daxili siyasət və Rusiya ilə ittifaqa görə qınayırlar.

Dubayda keçirilən ötənilki sammitdə də Polşa, Litva və Latviya liderləri Lukaşenko ilə birgə foto çəkdirməkdən imtina etmişdilər.

Noyabrın 11-də Azərbaycanın paytaxtında başlayan COP29 sammiti iqlim dəyişikləri ilə bağlı qərarlar üçün önəmli görüş olmaqla yanaşı, geniş geosiyasi fikir ayrılıqlarını özündə əks etdirən tədbirdir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button