
Polşa CAR prezidenti mühafizəçilərinin olduğu təyyarəni Sankt-Peterburqa buraxmayıb
Ukrayna və Rusiyaya səfər edən Cənubi Afrika Respublikasının (CAR) prezidentini müşayət edən mühafizəçilərinin və jurnalistlərin olduğu təyyarənin Polşadan uçuşuna icazə verilməyib.
CAR prezidenti Siril Ramafosa Afrika ölkələrinin sülhməramlı missiyası çərçivəsində Ukrayna və Rusiyaya səfərdədir.
Cənubi Afrikanın News24 portalının məlumatına görə, iyunun 15-də Varşavaya enən təyyarə bir gündən çox hava limanında dayandıqdan sonra geri qayıtmağa məcbur olub.
Ramafosa Varşavaya ayrı bir təyyarə ilə gəlib. Ehtimal edilir ki, onun mühafizəçiləri CAR prezidenti gələnə qədər Kiyev və Sankt-Peterburqda olmalı və prezidentin təhlükəsizliyini təmin etməliymiş.
Polşa tərəfinin bildirdiyinə görə, təyyarənin hava limanında saxlanmasına səbəb mühafizəçilərin 12 qutu (digər mənbələrə görə 13 qutu ) silahı boşaltmağa çalışmaları olub.
Bu səbəbdən Polşa gömrükçüləri onların təyyarəni tərk etməsinə icazə verməyib.
Polşa Xarici İşlər Nazirliyinin məlumatına görə, təyyarədə CAR nümayəndələrinin idxalına icazəsi olmayan təhlükəli materiallar olub. Amma nazirlik həmin materialların nə olduğu açıqlanmır.
İyunun 16-da Afrikanın yeddi ölkəsindən ibarət nümayəndə heyəti Kiyevdəki danışıqlarda Ukrayna prezidentinə sülh planını təqdim ediblər.
Volodimir Zelenski Afrikadan olan nümayəndə heyəti ilə görüşdən sonra bildirib ki, qoşunlarını ilhaq etdiyi Krım da daxil olmaqla Ukraynanın bütün ərazilərindən tamamilə çıxarmayana qədər Rusiya ilə sülh danışıqları aparmayacaq.
Zelenskinin sözlərinə görə, qoşunların çıxarılmasından əvvəl danışıqlara başlamaq müharibənin bitməməsi, sadəcə olaraq dondurulması demək olardı.
Bu gün (17 iyun )Afrika ölkələrinin nümayəndələri Sankt-Peterburqda Rusiya prezidenti ilə görüşür.



