
Polad Həşimovun qızı…
Tibb Universitetinə qəbul oldu
Şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova Tibb Universitetinə daxil olub.
Bakupost.az xəbər verir ki, A.Həşimova universitetin “Müalicə işi” ixtisasına qəbul olub.
Qeyd edək ki, Polad Həşimovötən ilin iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə olarkən şəhid olub. Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncama əsasən P.Həşimova ölümündən sonra “Milli Qəhrəman” adı verilib.




