
PESKOV AVROPALI LİDERLƏRİ TƏHQİR ETDİ
"...Zəif təhsilli, məsuliyyətsiz və cəmi bir neçə illik perspektivi olan insanlar"

“Hazırkı Avropa hökumətləri dünyanın üzləşdiyi çətinliklərə nə cavab vermək, nə də onları anlamaq iqtidarındadırlar”.
Xural.org globalinfo.az-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinlə müsahibəsində bildirib.
“Əksər Avropa ölkələrində hakimiyyətdə zəif təhsilli, məsuliyyətsiz və cəmi bir neçə illik perspektivi olan insanlar görürük.
Onlar bu gün hamımızın üzləşdiyi çətinliklərə cavab verməkdə, hətta dərk etməkdə acizdirlər”, – deyə Peskov qeyd edib.



