Pentaqon başçısının xəstəliyindən prezidentin də xəbəri olmayıb

ABŞ prezidenti Co Bayden (Joe Biden) müdafiə naziri Lloyd Ostinin (Lloyd Austin) prostat xərçənginə tutulmasından yanvarın 9-dək xəbəri olmayıb. Prezident də bundan ictimaiyyətə açıqlanandan bir neçə dəqiqə sonra xəbər tutub. Məlumatı Ağ ev yayıb.

70 yaşlı Ostinin yanvarın 1-dən xəstəxanaya yerləşdirilməsinin ictimaiyyətdən, Ağ evdən və Konqresdən bir həftə gizli saxlanılması kəskin siyasi reaksiyaya səbəb olub.

Yanvarın 2-də Ostinin müavini Ketlin Hiksə (Kathleen Hicks) Pentaqon başçısının vəzifələrindən bir hissəsinin icrasına başlamaq deyilsə də, o da bir neçə gün ictimaiyyətdən uzaq tutulub, – “Reuters” yazır.

Ağ evin sözçüsü Con Körbi (John Kirby) deyib ki, prezident Bayden müdafiə naziri Ostinin prostat xərçəngi ilə xəstəxanaya yerləşdirilməsi barədə yanvarın 9-da səhər bilgiləndirilib.

Agentlik yazır ki, Ostin və Bayden şənbə günü danışıblar, ona görə də prezidentin Ostinin prostat xərçəngindən niyə çərşənbə axşamı xəbər tutmasının səbəbi bəlli deyil.

Respublikaçılar dərhal Ostinin vəzifəsinin öhdəsindən gəlməməsi məsələsini qaldırıblar. Konqresdə Silahlı qüvvələr komitəsinin respublikaçı başçısı rəsmi araşdırma başladıb.

İstefada olan general Ostin vaxtilə İraqda qüvvələrə başçılıq edib, ABŞ-ın ilk qaradərili müdafiə naziridir.

Ostin yanvarın 1-də ambulansla xəstəxanaya aparılıb, dekabrın 22-də prostat xərçəngindən müalicədən sonra onda ürəkbulanma, kəskin qarın boşluğu, bud və qıç ağrıları yaranıb. Sidik yolu infeksiyası diaqnozu qoyulandan sonra reanimasiya şöbəsinə köçürülüb.

“Walter Reed” nazirin infeksiyasının təmizləndiyini, durumunda irəliləyiş olduğunu, amma tam sağalmasının zaman alacağını bildirib.

Keçmiş prezident Donald Tramp (Donald Trump) daxil olmaqla bir sıra tanınmış respublikaçılar Ostinin vəzifədən kənarlaşdırılmasına çağırıblar. Ancaq Pentaqon bildirib ki, dördulduzlu generalın istefa niyyəti yoxdur. Ağ ev isə Baydenin onu kənarlaşdırmaq planı olmadığını deyib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button