Pensiyaçılara ödəniləcək əlavə vəsaitin məbləği açıqlanıb

Prezident İlham Əliyevin imzaladığı “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 8 fevral 2022-ci il tarixli Sərəncamı ilə pensiyaçılara xərclənəcək əlavə vəsaitin məbləği açıqlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, pensiyaların 2022-ci ilin əvvəlindən indeksləşdirilərək artırılması və maddi yardım verilməsi pensiyaçıların 92%-ni və ya 1,1 milyon nəfəri əhatə edəcək.

“Bu məqsədlər üçün il ərzində əlavə olaraq 352 milyon manat xərclənəcək”,- ƏƏSMN-dən bildirilib.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button