Penitensiar Xidmətə yeni rəis təyin olunub

Ceyhun Həsənov ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib.

Bununla bağlı iyulun 10-da Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentinin digər sərəncamına əsasən, ədliyyə nazirinin müavini – Penitensiar Xidmətinin rəisi vəzifəsinə Mirsaleh Seyidov təyin olunub.

Ədliyyə general-leytenantı C.Həsənov Penitensiar Xidmətinin rəisi vəzifəsinə 2016-cı ildə təyin olunmuşdu.

Ədliyyə polkovniki M.Seyidov təyinatdan öncə Əməliyyat-rejim idarəsinin rəisi vəzifəsində çalışıb. Onun adı bir sıra siyasi işlərdə keçmişdi.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button