Paşinyan şikayətləndi: “Laçın dəhlizi nəzarətdən kənarda qalıb“

“Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizi Rusiya sülhməramlı kontingentinin nəzarətindən kənarda qalıb”.

“Interfax” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Putinlə görüşdə deyib.

“Hazırda əsas məsələ, ən operativ məsələ Laçın dəhlizindəki böhrandır. Laçın dəhlizi 20 günə yaxındır ki, bağlanıb. Bu, Qarabağdakı Rusiya sülhməramlılarının cavabdehlik sahəsidir”, – deyə Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan, Rusiya və Azərbaycan dövlət başçılarının 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında olmalıdır: “İndi məlum olur ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətində deyil. Təbii ki, bu vəziyyəti və hansı variantların olduğunu müzakirə etmək istərdim”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button