
Paşinyan: “Rusiyanın Ermənistana yanaşmasını düşmən münasibət saymıram”
“Rusiyanın Ermənistana yanaşmasını düşmən münasibət saymıram”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 22-də İrəvanda keçirdiyi mətbuat konfransında bidirib.
Moskvanın İrəvana münasibətindən danışan hökumət başçısı deyib ki, ikitərəfli əlaqələrin inkişafına ehtiyac var.
“Əksinə, biz münasibətlərimizin inkişafı və dərinləşməsi üçün hər şeyi etməliyik”, – o vurğulayıb.
Qeyd edək ki, son zamanlar Rusiyanın Ermənistana münasibətinin dəyişməsinə dair müxtəlif fikirlər səslənir.



