Paşinyan Lukaşenkoya zəng etdi və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib. Bu barədə Belarus prezidentinin mətbuat xidməti xəbər verir.

Telefon danışığı zamanı tərəflər Ermənistan və Belarusdakı vəziyyət barədə bir-birini məlumatlandırıb, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində problemli məsələləri müzakirə ediblər. Ermənistanın baş naziri Belarus prezidentinə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət və onun mümkün inkişaf yolları barədə də məlumat verib.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button