
Paşinyan Ermənistan Polis rəisinin müavinini İstanbula ezam edib
Ermənistanın Baş Naziri Nikol Paşinyan Polis rəisinin müavini Ara Fidanyanı İstanbula ezam edib.
Xural.com-un “Sputnik Armeniya”ya istinadla xəbərinə görə, müvafiq məlumat hüquq-informasiya portalında dərc edilib.
Fidanyan noyabrın 21-dən 26-dək Türkiyədə olacaq. O, İnterpolun Baş Assambleyasının İstanbulda keçirilən 86-cı sessiyasında iştirak edəcək.



