Parisdəki iğtişaşlarda azı 74 nəfər saxlanılıb

Növbəti oyun ərəfəsində Parisdə polisin yüksək hazırlıq vəziyyətinə gətiriləcəyi bildirilir

Parisdə futbol azarkeşləri dünya çempionatının 1/4 finalında Fransa və Mərakeş yığmalarının qələbəsini bayram edərkən iğtişaş törədiblər.

Fransa paytaxtının mərkəzinə minlərlə insan gəlib. Onlardan bəziləri şəhər obyektlərinə zərər vurmağa və Yelisey meydanında vitrinləri sındırmağa cəhd ediblər. İğtişaşları dayandırmaq 1200 polis səfərbər olub. Polisin aksiyaçılara qarşı polis gözyaşardıcı qaz və digər xüsusi vasitələrdən istifadə etdiyi bildirilir.

Daily Mail-in məlumatına görə, Parisdə kortəbii nümayişlərdə 20 minə qədər insan iştirak edib. Azarkeşlər atəşfəşanlıq edərək polislə toqquşublar. Ən azı 74 nəfər saxlanılıb.

Mərakeş keçmiş Fransa müstəmləkəsidir, bu ölkədən bir çox mühacir Fransada yaşayır, buna görə də fanatlar qələbəni ikiqat qeyd ediblər.

Qeyd olunur ki, Paris polisi növbəti dəfə, çərşənbə günü Mərakeşlə Fransa komandaları arasında keçiriləcək oyun ərəfəsində yüksək hazırlıq vəziyyətinə gətiriləcək.

Şənbə günü Qətərdə keçirilən dünya çempionatında Mərakeş Portuqaliyaya 1:0, Fransızlar İngiltərəyə 2-1 hesabı ilə qalib gəliblər. Beləliklə, hər iki komanda yarımfinala yüksəlib.

Bununla Mərakeş futbolda belə uğur qazanan ilk Afrika ölkəsi sayılır.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button