“PALMALİ” HOLDİNQƏ AĞIR İTKİ ÜZ VERİB

Mübariz Mənsimov başsağlığı mesajı yayınladı

“Palmali ailəsi olaraq dərin hüzn içindəyik” – Xural.org xəbər verir ki, bu, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimovun yayınladığı başsağlığı mesajındandır. Mübariz Mənsimov davam edir:

“Palmali yarandığı gündən bu günə qədər birlikdə çalışdığım, əməkdaşlıq etdiyim, çox hörmət etdiyim və yüksək dəyər verdiyim bir yoldaşımızı itirdik — Kostas Kallentzis.
Palmali Yunanıstan şöbəsinin rəhbəri olan bu dəyərli dostumuz bizim üçün son dərəcə qiymətli idi. Onun vəfat xəbərini böyük kədərlə qarşıladım.

Ailəsinə, yaxınlarına və dostlarına dərin hüznlə başsağlığı verirəm.
Kostas bəy duruşu, peşəkarlığı və təcrübəsi ilə hər kəsin hörmətini qazanmış, qısa zamanda çoxlarını özünə heyran etmişdi.

Məkanın cənnət olsun, əziz dost.
Palmali ailəsi səni və əməyini heç vaxt unutmayacaq.”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button