
Pakistanla əməkdaşlıq genişləndiriləcək
“Pakistan və Azərbaycan şirkətlərini yeni yaradılan İqtisadi Əməkdaşlıq Palatasına qoşulmağa çağırırıq. Çünki əməkdaşlıq üçün nəhəng potensial var”.
Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının açılışında jurnalistlərə deyib ki, iki ölkə arasında kənd təsərrüfatı, sənaye, informasiya texnologiyaları, startaplar, eləcə də turizm sektorunda əməkdaşlıq üçün böyük potensial var.
Onun sözlərinə görə, hər iki ölkənin bir-birinə təklif etmək üçün bir çox əməkdaşlıq sahələri mövcuddur.



