Pərviz Müşərrəf vəfat etdi

Yayımlandı: 5 Fevral 2023 21:46

Keçmiş prezident uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi

Fevralın 5-də Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf vəfat edib.

79 yaşlı prezidentin uzun sürən xəstəlikdən sonra Dubayda vəfat etdiyi bildiirlir.

P.Müşərrəf 1999-cu ildə hakimiyyəti o vaxtkı baş nazir Nəvaz Şərifin onu ordu rəisi vəzifəsindən uzaqlaşdırmağa cəhd etməsindən sonra hərbi çevrilişlə ələ keçirmişdi.

Hakimiyyətdə olduğu 7 ildə Pərviz Müşərrəf  3 dəfə sui-qəsdə məruz qalıb.

O, impiçment təhlükəsi fonunda könüllü olaraq istefa verib və xaricə gedib. Yenidən prezident seçkilərində iştirak etməyə çalışanda isə həbs edilib.

P.Müşərrəf daha sonra qiyabi ölüm cəzasına məhkum edilib. Ancaq məhkəmənin qərarı ləğv edilib.

General Pakistandan ayrıldıqdan sonra Dubayda yaşayıb və müalicə alıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button