Özbəkistanda növbədənkənar prezident seçkiləri

Bir müddət konstitutsiyaya edilən dəyişikliyə görə, iyulun 9-u Özbəkistanda ölkə tarixində ilk dəfə olaraq növbədənkənar prezident seçkiləri keçirilir. İndiki ölkə başçısı Şavkat Mirziyayev də daxil olmaqla prezidentlik uğrunda 4 namizəd mübarizə aparır.

Qeydə alınan digər namizədlər Ekologiya Partiyasından Abduşukur Hamzayev, Ədalət Sosial Demokratiya Partiyasından Roba Mahmudova və Xalq Demokratik Partiyasından Uluğbek İnoyatovdur.

O da xəbər verilir ki, bu seçki marafonunda müxalifətdən heç bir namizəd iştirak etmir.

Beləki ölkənin ədliyyə nazirliyi qeydiyyat üçün lazım olan imzanı toplaya bilmədiyini əsas gətirərək müxalif Sosial-Demokrat Partiyasından Xıdırnazar Allahqulovun namizədliyini qeydiyyata almayıb.

AzadlıqRadiosunun Özbək xidməti yerli ekspertlərə istinadən yazır ki, əslində hazırkı prezidentin yenidən seçilməsi əvvəlcədən bilinən bir nəticədir. Bu baxımdan da ekspertlər bu seçkini “tarixin ən boz seçkisi” adlandırır.

2023-cü il aprelin 30-da ölkə konstitutsiyasına dəyişikliklərlə bağlı keçirilən referendumun təsdiqindən sonra Özbəkistanda növbədənkənar seçkilər təyin edilib.

Həmin dəyişikliyə görə, prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılır. Bu baxımdan da 2016-cı ildən hakimiyyətdə olan Mirziyayevin prezidentlik müddəti “sıfırlanır”. Bu da ona 2037-ci ilə qədər daha iki dəfə dövlət başçısı vəzifəsinə seçilmək imkanı verir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button