
Özbəkistan MSK: “Şavkat Mirziyoyev 87,05 faiz səslə yenidən Prezident seçilib”
O qeyd edib ki, Ş.Mirziyoyev bu nəticə ilə yenidən Prezident seçilib. Liberal-Demokrat Partiyasının lideri olan Şavkat Mirziyoyevin namizədliyini Sahibkarlar və işgüzar insanlar Hərəkatı irəli sürüb.
Məlumata görə, digər iddiaçılar – Özbəkistan Ali Məhkəməsi sədrinin birinci müavini, “Ədalət” – Sosial Demokrat Partiyasından prezidentliyə namizəd Robaxon Maxmudov 4,43 faiz, Xalq Demokrat Partiyasının namizədi Uluqbek İnoyatov Abdşukur Xamzayev 3,74 faiz səs toplayıb.
Qeyd edək ki, Ş.Mirziyoyev 1957-ci ildə anadan olub. 2003-cü il dekabrın 11-də Özbəkistanın Baş naziri vəzifəsinə təyin olunub. O, ilk dəfə 2016-cı il dekabrın 14-də Özbəkistan Prezidenti seçilib.
2021-ci ilin oktyabrında keçirilən seçkilərdə yenidən qalib gəlib.

İlham Əliyev Şavkat Mirziyoyevi növbədənkənar prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib
Dövlət başçısı Şavkat Mirziyoyevi Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev bu qələbəni Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistanda həyata keçirilən siyasətə xalqın verdiyi dəstək kimi qiymətləndirib və Özbəkistanın qarşıdakı illərdə də Şavkat Mirziyoyevin liderliyi ilə hərtərəfli inkişaf yolunu davam etdirəcəyinə əminliyini ifadə edib.
Özbəkistan Prezidenti təbriklərə və göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı prezidentlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, dövlət başçıları və digər səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əhəmiyyətini qeyd edib, əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı əldə edilmiş razılaşmaların və qəbul olunan qərarların yüksək səviyyədə icra olunmasından məmnunluqlarını bildiriblər.
Dövlət başçıları ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.
Prezident İlham Əliyev Özbəkistan liderini Azərbaycana dövlət səfərinə dəvət edib
Dəvət minnətdarlıqla qəbul olunub.
Dövlət başçıları ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.



