Orfoqrafiya lüğətinə dəyişiklik mövzusunda QALMAQALLI TƏKLİF

Filologiya üzrə fəlsəfə doktoru, şair, tənqidçi Mehman Qaraxanoğlu orfoqrafiya lüğətinə təklif edilən dəyişiklikləri müdafiə edib.

Xural.com  xəbər verir ki, təhlilçi lüğəti tabulaşdırmağın əleyhinə olduğunu bildirib:
“Orfoqrafiya lüğəti nə zamandan tabulaşıb?! Dəyişilməyən. yeniləşməyən nə varsa, ölümə məhkumdur! Azərbaycan dili nəinki üfiqi (fonetik, orfoepik, leksik), həm də şaquli istiqmətdə – qrammatik quruluşuna görə də dəyişilib Türk dilləri ailəsinin bərabərhüquqlu üzvünə çevrilməlidir. Bunun üçün ortaq zahiri nöqtələr yox, daha dərin layları tərpətmək lazımdır”.
Mehman Qaraxanoğlu dəyişikliklərə münasibət bildirərkən Azərbaycan və Türkiy türkcəsini müqayisə edib və hər iki ölkənin televiziya aparıcılarının nitləqinin yetərincə fərqli olduğunu göstərib:
“Ədəbi verilişlər aparan aparıcılarımızla türk aparıcılarının nitqini müqayisə edin. Bizimkilər “hesab edirəm”də, “mənə elə gəlir də”… ilişib qalarkən və ya hava çatışmazlığından əl-qol atarkən əks tərəf nəfəs kəsikliyi olmadan ötüb keçir. Onlar dili incitmir. Dil onların nitqində rahatlıq, dinclik tapır. Biz dilimizə zülüm edirik. Səbəbi məlumdur; dilimiz Türk dilləri ailəsindən zorla qoparılaraq rus dilinin qrammatikasına uyğunlaşdırılıb.Ona görə də bu proses dayanmamalıdır. Sonrakı mərhələdə, ən azından, dilimizi işğal edən, onun belini qıran tabeli mürəkkəb cümlələrdən tədricən qurtulmaq lazımdır. Bu, dilimiz üçün xarakterik deyildir. Nə baş, nə budaq cümlə? Dildə ayrı-seçkilik yoxdur, hər şey bərabərdir! Dilimizin ritmi, ahəngi, melodikliyi ölüb. O ölən ritmi qaytarmaq yönündə göstərilən çabaların hüdudsuzluğunu sezmək üçün Əkrəm Əylislinin və Elçinin nəsrinə baxmağınız yetər. Bu həm də dastan dilimizdir! İlk növbədə o dili, o ritmi qaytarmaq lazımdır!”(moderator.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button