Oqtay Şirəliyevin qızı Rusiyada vilayət naziri təyin edildi

Moskva vilayətinin (Московской област) qubernatoru Andrey Vorobyev Nərmin Şirəliyevanı nazir vəzifəsinə təyin edib.

24saat.org Rusiya mətbuatına istinadən xəbər verir ki, qubernator bununla bağlı sentyabrın 25-də qərar qəbul edib. “Mədəniyyət naziri Nərmin Şirəliyevanı təyin edirəm” – deyə Vorobyev açıqlamasında deyib.
Qeyd edək ki, Nərmin Şirəliyeva Azərbaycanın səhiyyə naziri Oqtay Şirəiyevin qızıdır.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirən N.Şirəliyeva 2013-cü ildən Moskva qubernatorunun administrasiyasında çalışıb. O ingilis və fransız dillərini bilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button