
Oqtay Gülalıyev ifadə verməkdən imtina edir
Həbsdə saxlandığı müddətdə polis əməkdaşları onu döyüb
Bizim etirazlara etirazlara baxmayaraq Qurbanəli Quliyev mayın 22-də xüsusi seçilmiş şahidlərin iştirakı ilə istintaq aparmaq istəyib. Bu zaman Oqtay Gülalıyevə psixoloji təzyiq göstərilib. Müstəntiq Cinayət-Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq mayın 29-da yenə Oqtay Gülalıyevin işi üzrə istintaq aparmaq üçün Şüvəlandakı istintaq təcridxanasına bir neçə nəfər aparıb”.
Oqtay Gülalıyev aprelin 8-də Sabirabad rayonunun Minbaşı kəndində çay daşqınından ziyan çəkmiş vətəndaşlarla görüşü zamanı tutulub və ona 12 sutka inzibati həbs cəzası verilib. Aprelin 19-da isə Sabirabad Rayon Prokurorluğu Oqtay Gülalıyevə Cinayət Məcəlləsinin 220.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinin tələblərinə fəal şəkildə müqavimət göstərmə və kütləvi iğtişaşlara, vətəndaşlara qarşı zorakılığa çağırış) cinayət işi açıb və elə həmin gün məhkəmə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Apellyasiya instansiyası bu qərarı qüvvədə saxlayıb.




