Oleq Kuznetsov: “Mən Rusiyanın prezidenti deyiləm…”

“Şuşa”nı “Buta”ya çevirənlər vətənin şərəfini şöhrətə dəyişməklə Rusiya şousunda çıxış etmək fürsəti əldə ediblər.
Azərbaycana yaxınlığı ilə seçilən rusiyalı politoloq Oleq Kuznetsov, Azərbaycanın “Şuşa KVN” komandasının adını “Buta”ya dəyişdirilməsinə münasibət bildirib.

Kuznetsov facebook profilində yazıb ki, münasibətdən sonra azərbaycanlılar məni yıxıb sürüdülər. Amma mən Rusiyanın prezidenti deyiləm:

“Şou-biznes təbiətcə kosmopolitdir, pula, şöhrətə hərisdir, öz qanunları ilə yaşayır və ona görə də ondan millətçi siyasi idealara bağlılıq gözləmək lazım deyil. Şəxsən mən günahkar deyiləm ki, Azərbaycanın KVN komandasının təşkilatçıları kollektiv ticarət konyukturası naminə vətənpərvərliklə səsləşən komandanın adını kommersiya xarakterli bir adla dəyişib, pul, şöhrət naminə Rusiya şousunda çıxış etmək fürsəti əldə ediblər. Ona görə də sizdən xahiş edirəm ki, daha praqmatik və buna görə də prinsipsiz həmvətənlərinizin üzərində olan qəzəbinizi və incikliyinizi çıxarmayın”.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button