Nüşabə Ələsgərli, Ağabəy Əsgərov və Vüqar Səfərli məhkəməyə gələcək

13.06.2012

Həbsdə olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının növbəti məhkəmə prosesi iyunun 14-də saat 15.00-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçiriləcək. Bu  dəfə zərərçəkmiş qismində çıxış edən şəxslər dindiriləcək. CM-nin 306-cı maddəsilə haqqında cinayət işi açılan Əvəz Zeynallıya qarşı zərərçəkmiş qismində çıxış etmək üçün məhkəməyə müğənni Nüşabə Ələsgərli, “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov və KİVDF-nin prezidenti Vüqar Səfərli dəvət olunublar.

 Onlar Ədliyyə Nazirliyinin Ə.Zeynallı haqqında guya məhkəmə qərarlarının icrasına əməl etməməklə bağlı ötən ilin oktyabr ayında qaldırdığı CM-nin 306-cı maddəsi əsasında “şahidlik” edəcəklər. Bundan başqa Ə.Zeynallının guya vergidənyayınması ilə bağlı CM-nin 213.1 maddəsi əsasında da Vergilər Nazirliyinin nümayəndəsinin şahid qismində çıxış edəcəyi gözlənilir.

 Məlumat üçün bildirək ki, 2011-ci il oktyabrın 19-da Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin başlamasına YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın əsassız şikayəti səbəb olub. Ötən müddətdə G.Əhmədovanın Ə.Zeynallının guya ondan rüşvət tələb etməsinə dair əlində yazılmış CD diskin olması ilə bağlı gətirdiyi “faktlar”da özünü doğrultmayıb. Ə.Zeynallı dəfələrlə CD diskdə yazılanların ictimaiyyətə açıqlanmasını tələb etsə də, Korrupsiya İdarəsi bu “faktı” məxfi saxlamağı lazım bilib.  Bununla yanaşı, Ə.Zeynallıya qarşı ittihamlar özünü doğrultmadıqca işə yeni cinayət maddələri də əlavə edilib – Ədliyyə Nazirliyinin Ə.Zeynallı haqqında guya məhkəmə qərarlarının icrasına əməl etməməklə bağlı ötən ilin oktyabr ayında qaldırdığı CM-nin 306-cı maddəsi və Ə.Zeynallının guya vergidənyayınması ilə bağlı CM-nin 213-cü maddəsi əlavə olunub.

Hazırda baş redaktor heç bir səbəb olmadan 8 aydır ki, həbsdə saxlanılır.

QEYD: Bütün müstəqil jurnalistlər, Azərbaycanda söz və ifadə azadlığının, müstəqil mətbuatın müdafiəçiləri məhkəməyə dəvətlidir.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button