Nigar Köçərli “Cəngavər” rütbəsi aldı

Yayımlandı: 4 May 2023 23:46

“Həyatımda aldığım ilk mükafatdır”

“Əli və Nino” kitab mağazalarının sahibi Nigar Köçərli Fransa dövləti tərəfindən İncəsənət və Ədəbiyyat ordeninin Cəngavər rütbəsi (Ordre des Arts et des Lettres) ilə təltif olunub. Orden ona mayın 4-də Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Anne Boillon tərəfindən təqdim edilib.

Səfirin iqamətgahında təşkil olunmuş tədbirdə yazıçılar, incəsənət adamları, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri və jurnalistlər də iştirak edib.

Ordenin əhəmiyyətindən danışan səfir Anne Boillon Nigar Köçərlinin bir sahibkar kimi kitabsevərlər üçün göstərdiyi xidməti yüksək qiymətləndirib. Nigar Köçərli isə ən böyük arzusunun hər bir kənddə kitab mağazasının açılmasının olduğunu deyib.

“Bu, mənim üçün tam gözlənilməz oldu. Həyatımda aldığım ilk mükafatdır”, – Nigar Köçərli deyib.

İki il öncə bu mükafata “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu layiq görülmüşdü.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button