
NETANYAHU “ERMƏNİ SOYQIRIMI”NDAN DANIŞDI
"Bunu qəti şəkildə dəstəkləyirəm"

İsrailin Baş naziri Benyamin Netanyahu “erməni soyqırımı”nın tanınması təşəbbüsünü dəstəkləyib.
Xural.org bakupost.az-a istinadən xəbər verir ki, Netanyahu bu barədə özü məlumat verib.
“Mən bunun tanınmasından heç vaxt çəkinməmişəm və bunu qəti şəkildə dəstəkləyirəm”, – deyə Netanyahu mətbuat konfransında müvafiq suala cavab olaraq vurğulayıb.
Qeyd edək ki, ölkənin xarici işlər naziri Gideon Saar X hesabında qondarma erməni soyqırımının tanınması ilə bağlı qətnamə layihəsini İsrail hökumətinin təsdiqinə təqdim etmək niyyətində olduğunu bildirib.



