Neft yenə ucuzlaşdı

Yayımlandı: 20 Mart 2023 13:22

Azərbaycan neftinin qiyməti də düşüb

Dünya bazarlarında neftin qiymətləri enib.

“Bloomberg” yazır ki, buna qlobal bank böhranları ilə bağlı investorların artan narahatlığı da təsir göstərib.

“West Texas Intermediate” neft qiymətləri bir barel üçün 65 dollardan aşağı düşüb.

Martın 20-də ABŞ benchmark xam neft fyuçersləri 2,8 faiz geriləyərək bir barel üçün 64,89 dollar olub. Bu, 2021-ci ilin dekabrından bəri ən aşağı səviyyədir.

Nyu-Yorkun əmtəə birjasında WTI markalı neftin bir bareli 64,90 dollara satılıb.

Azərbaycan neftinin qiyməti də ucuzlaşıb.
Ən son açıqlanan məlumata görə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,85 dollar azalaraq 75,4 dollar olub.

Azərbaycan neftinin bir barelinin ötən il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button