Neft Emalı Zavodunda yanğın [Video]

Oktyabrın 22-də Bakıda Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın olub.

“Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”,-Fövqəladə Hallar Nazirliyinin (FHN) açıqlamasında bildirilir.

Yanğın səbəbləri və tələfatla bağlı, hələlik, heç bir məlumat verilmir.

Ötən əsrin 50-ci illərində SSRİ Neft Sənayesi Nazirliyinin əmri ilə inşa edilən bu zavod Azərbaycanın hazırda əsas neft emalı müəssisəsi sayılır. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyindədir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button