
Naxçıvanda Azərbaycan-Türkiyə hərbi təlimləri
"Sarsılmaz qardaşlıq-2021"
“Sarsılmaz qardaşlıq-2021” Azərbaycan-Türkiyə birgə hərbi-taktiki təlimləri oktyabrın 5-8-də Naxçıvan Muxtar Respublikasında keçiriləcək. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Pinar Kara bildirib.
Təlimlərdə məqsəd Türkiyə və Azərbaycanın quru qoşunları arasında əməkdaşlığı və koordinasiyanı inkişaf etdirməkdir.
Hazırkı Azərbaycan-Türkiyə təlimləri Bakı və Tehran arasında münasibətlərin gərginləşməsi və İranın Azərbaycanın sərhədləri yaxınlığında irimiqyaslı hərbi manevrlərə başlaması fonunda keçiriləcək.



