Naxçıvan istiqamətindəki erməni ordu korpusuna həyacan siqnalı verilib

Erməni ordusunun Naxçıvan istiqamətinə cavabdeh ordu korpusuna həyacan siqnalı verilib.

Ermənistan Müdafiə Nazirliyi 5-ci ordu korpusunun şəxsi heyəti həyacan siqnalı ilə qaldırılıb, silah və sursatlarını götürüb və təyinat nöqtələrinə çatdırılıblar. Habelə qoşunların idarə edilməsi məntəqəsi yaradılıb. Bütün bunların təlim məqsədi daşıdığı bildirilir.  Digər maraqlı məqam budur ki, iki gün əvvəl Rusiyanın Yerevandakı səfiri Sergey Kopırkin hazırda atışmaların getdiyi Arazdəyən (Yerasx) istiqamətinə və Ermənistan-Türkiyə sərhədinə baş çəkib, oradakı rusiyalı sərhədçilərlə görüşüb.

Laçın-Kəlbəcər istiqamətlərində dislokasiya olunan 4-cü ordu korpusunda silahları və texnikanı yoxlayıblar. Erməni mənbələrinində də təsdiq etdiyi kimi, II Qarabağ müharibəsindən sonra məğlub ordunun qalıqları bu vaxta qədər tammiqyaslı döyüş təlimləri keçirməyib.

Bu baxımdan Ermənistan ordusunun Naxçıvan istiqamətində yerləşən 5-ci korpusuna həyacan siqnalı verilməsi hərbi anlamda heç nə ifadə etmir. Hərbi baxımdan indi Ermənistan ordusunun qalıqları Əlahiddə Ümumqoşun Ordunun qarşısında uzağı bir neçə gün müqavimət göstərə bilərdi…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button