NATO: “Rusiyanın nüvə silahını tətbiq edəcəyinə dair hansısa əlamət yoxdur”

“Rusiyanın nüvə silahını tətbiq edəcəyinə dair hansısa əlamət yoxdur”. Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Litva Prezidenti Gitanas Nauseda ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib. O, NATO-nun prosesləri diqqətlə izlədiyini söyləyib.

Y. Stoltenberq qeyd edib ki, Rusiyanın Belarusa nüvə silahı yerləşdirməsi məsuliyyətsiz davranışdır.

Qeyd edək ki, Rusiya rəsmiləri, o cümlədən Prezident Vladimir Putin ölkənin təhlükəsizliyi naminə bütün silahlardan, o cümlədən nüvə silahından istifadə edə biləcəklərinə dair xəbərdarlıq edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button